ABŞ İrana nüvə yanacağı tədarük edəcək?

ABŞ İrana nüvə yanacağı tədarük edəcək?

ABŞ İran uran zənginləşdirilməsindən imtina edərsə, bu ölkəyə xaricdən nüvə yanacağı tədarük edə bilər. Bunu ABŞ-nin energetika naziri Kris Rayt “Bloomberg”ə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Vaşinqton İranın nüvə proqramı ilə bağlı problemin danışıqlar yolu ilə həllinə üstünlük verir. Bununla yanaşı, ABŞ hərbi əməliyyatlara da hazırdır.

Qeyd edək ki, mart ayında ABŞ Prezidentinin xüsusi elçisi Stiv Vitkoff Tehrana nüvə yanacağı tədarükü müqabilində uranın zənginləşdirilməsini 10 il müddətinə dayandırmağı təklif etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə