Hakan Fidan Dəməşqdə Əhməd əş-Şara ilə görüşüb

Hakan Fidan Dəməşqdə Əhməd əş-Şara ilə görüşüb

Suriya Prezidenti Əhməd əş-Şara Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib. SİA-nın məlumatına görə, bu barədə Suriyanın Prezident Administrasiyası məlumat paylaşıb. Görüş zamanı iki ölkə arasında əlaqələrin gücləndirilməsi yolları müzakirə edilib və regiondakı son hadisələr ətrafında fikir mübadiləsi aparılıb.

Həmçinin ortaq maraqlara xidmət edən, eləcə də bölgədə təhlükəsizlik və sabitliyi dəstəkləyən koordinasiya və məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə