Səudiyyə Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan Hindistanda keçirilən BRİKS sammitində çıxışında İranı hədələyən bəyanatla çıxış edib. O qeyd edib ki, Səudiyyə Ərəbistanı regionda davam edən qarşıdurmanın miqyasının genişlənməsindən narahatdır.
Vurğulanıb ki, Ər-Riyad suverenliyini, ərazisini və vətəndaşlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır. Eyni zamanda, Feysəl bin Fərhan Körfəz ölkələrinin müxtəlif bəhanələrlə hədəfə alınmasına yol verilməyəcəyini bildirib. O, regionda sabitliyin təmin olunması üçün diplomatik və siyasi həll yollarının dəstəklənməsinin vacibliyini də vurğulayıb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB