Ukrayna və Kanada arasında 100 illik BƏYANNAMƏ

Ukrayna və Kanada arasında 100 illik BƏYANNAMƏ

Ukrayna Prezidenti Volodimir Zelenski və Kanadanın Baş naziri Mark Karni Kalqaridə 100 illik tərəfdaşlıq haqqında Bəyannamə və bir sıra digər ikitərəfli sənədlər imzalayıblar.

SİA xəbər verir ki, bu barədə liderlərin Kanada hökumətinin saytında dərc olunmuş birgə bəyanatında qeyd olunub.

"Bu sənədlə ölkə liderləri dövlətlər arasında iqtisadi, siyasi və təhlükəsizlik sahəsində tərəfdaşlıq və əməkdaşlığın dərinləşdirilməsi, eləcə də Ukraynada ədalətli və davamlı sülhün dəstəklənməsi məqsədilə 100 illik tərəfdaşlıq haqqında saziş bağlamağı öhdələrinə götürüblər", - bəyanatda bildirilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə