Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib...

3 nəfər ölüb, azı 34 yaralı var
Rusiya ordusu Pavloqrada dron zərbəsi endirib...

Rusiya ordusunun Ukraynanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərinə dron zərbəsi nəticəsində 3 nəfər ölüb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, Ukrayna Baş Prokurorluğunun məlumatına görə, Pavloqradda yaralıların sayı isə 34-ə çatıb.

Rəsmi məlumata görə, hücum nəticəsində avtomobillər, mağazalar yanır.

Bütün xəbərlər Facebook səhifəmizdə