Avropada ölkəni tərk edən miqrantlara min dollar ödənilir...

Avropada ölkəni tərk edən miqrantlara min dollar ödənilir...

...İsveç bəzi miqrantlara ölkədən könüllü şəkildə çıxdıqları üçün 350.000 kron - təxminən 37.000 dollar - təklif edir.

SİA xəbər verir ki, Reuters-in yazdığına görə, proqram Avropa Birliyi xaricindəki ölkələrdən olan yaşayış icazəsi sahiblərinə şamil edilir və ölkənin miqrasiya siyasətinin kəskin şəkildə sərtləşdirilməsinin bir hissəsinə çevrilib. Lakin bu pulu almaq istəyənlər azdır.

Belə ki, bu “imkandan” ilin əvvəlindən bəri cəmi 171 nəfər istifadə edib.

Hökuməti dəstəkləyən İsveç Demokratları daha da irəli getmək və vətəndaşlıq almış miqrantlara belə ödənişləri genişləndirmək istəyirlər - İsveç pasportlarından imtina etmək şərti ilə.

Son illərdə Stokholm da daimi yaşayış icazəsinin avtomatik verilməsindən imtina etdi və vətəndaşlıq almaq üçün məcburi imtahanlar tətbiq etdi.

Miqrasiya siyasəti 13 sentyabrda keçiriləcək parlament seçkilərindən əvvəl əsas mövzulardan birinə çevrilib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə