Estoniyada yeni müdafiə naziri açıqlandı

Estoniyada yeni müdafiə naziri açıqlandı

Estoniya Müdafiə Qüvvələrinin sabiq komandanı general Martin Herem ölkənin yeni müdafiə naziri olacaq.

Bu barədə ERR məlumat yayıb. "Baş nazir Kristen Mixal Estoniya Müdafiə Qüvvələrinin sabiq komandanı Martin Heremə müdafiə naziri postunu tutmağı təklif edib. Herem bu təklifi qəbul edib", - məlumatda bildirilib.

Mixalın sözlərinə görə, İslahat Partiyası müdafiə naziri postuna namizədi sentyabrın 15-də İdarə Heyətinin iclasında rəsmən təsdiqləyəcək.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə