Rusiya Sumıda ticarət mərkəzini bombalayıb, 3 ölü var

Rusiya Sumıda ticarət mərkəzini bombalayıb, 3 ölü var

Rusiyanın pilotsuz uçuş aparatı (PUA) ilə Ukraynanın Sumı şəhərindəki ticarət-əyləncə mərkəzinə zərbəsi nəticəsində üç nəfər ölüb.

Bu barədə Sumı Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov öz "Telegram" kanalında məlumat yayıb.

"Təəssüf ki, hazırda Sumıda ticarət-əyləncə mərkəzinin ərazisinə PUA hücumu nəticəsində 3 nəfərin öldüyü məlumdur", – o yazıb.

Qriqorovun məlumatına görə, 2 nəfər yaralanıb. Hadisə ilə bağlı məlumatlar dəqiqləşdirilir. Nəticələrin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə