Böyük Britaniya bu il vəd etdiyi 120 min drondan 25 mindən çoxunu Ukraynaya təhvil verib.
"İnterfaks-Ukrayna" xəbər verir ki, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Ukraynanın müdafiəsi üzrə Təmas Qrupunun "Ramştayn" formatında keçirilən iclasından əvvəl bildirib.
"Biz həmçinin sələflərim tərəfindən bu il Ukraynaya 120 000 dronun tədarükü ilə bağlı götürülmüş öhdəliklərin yerinə yetirilməsində mühüm irəliləyiş əldə edirik. Hazırda biz 25 mindən çoxunu çatdırmışıq, daha minlərləsi isə yaxın vaxtlarda çatdırılmalıdır", - nazir deyib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB