Britaniyadan sərt qanun: İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək

Britaniyadan sərt qanun: İran heç vaxt nüvə silahı əldə edə bilməyəcək

Böyük Britaniya hökuməti İrana qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı yeni qanun qəbul edib.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, qanun ticarət məhdudiyyətlərini genişləndirir və ölkənin gəmilərə qarşı tədbirlər görmək səlahiyyətlərini artırır.

Britaniya hökuməti bildirib ki, bu qanun İranın nüvə proqramını cilovlamaq və onun digər düşmənçilik xarakterli fəaliyyətlərinə qarşı mübarizə aparmaq məqsədilə həyata keçirilən genişmiqyaslı səylərə daxildir.

Qanuna əsasən, İranın Britaniyanın maliyyə sisteminə çıxışı daha da məhdudlaşdırılıb, ticarət qadağaları isə mal, texnologiya və xidmətlərə şamil ediləcək.

Həmçinin qanun Britaniyanın gəmilərə qarşı sanksiyalar tətbiq etmək səlahiyyətlərini genişləndirir və müəyyən istisnalar istisna olmaqla, İran təyyarələrinin ölkəyə enməsini qadağan edir.

Britaniyanın xarici işlər nazirinin müavini Stiven Dauti də bəyan edib ki, ölkənin yeni qanunu İranın nüvə ambisiyalarını cilovlamaq istiqamətində tədbirləri sərtləşdirir və Tehranın heç vaxt nüvə silahı əldə edə bilməməsi səylərinə kömək edəcək.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə