Rusiya xarici işlər naziri Sergey Lavrovun partnyoru və qızı Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsinin başlamasından sonra BƏƏ pasportları alıblar. Bu barədə The Moscow Times qəzeti Korrupsiyaya Qarşı Mübarizə Fonduna (FBK) istinadən məlumat yayıb.
FBK-nın Lavrovun məşuqəsi olduğunu iddia etdiyi Svetlana Polyakova (nazir rəsmi olaraq başqa bir qadınla, Mariya Lavrova ilə evlidir - red.) 28 dekabr 2022-ci ildə "dövlətə xidmətlərinə görə" BƏƏ vətəndaşlığını alıb. Onun qızı, Lavrovun ögey qızı Polina Kovalova bundan bir müddət əvvəl işləmək yolu ilə BƏƏ vətəndaşı olub.
Əvvəllər "Möhüm Hekayələr"də açıqlandığı kimi, Polyakova uzun illərdir Lavrovla əlaqədədir və Xarici İşlər Nazirliyində əhəmiyyətli təsirə malikdir. O, nazirliklə əlaqəli bizneslərdə iştirak edirdi və qohumları nazirlikdə bir neçə əsas vəzifə tuturdular. Polyakova 700 milyon rubldan çox dəyərində daşınmaz əmlaka sahibdir.
Kovalova Londondakı İmperial Kollecinin Biznes Məktəbində təhsil almış və bir neçə Britaniya şirkətinə sahib olmuşdur. FBK Böyük Britaniyada təxminən 4,4 milyon funt sterlinq dəyərində dəbdəbəli əmlaklar tapmışdır. FBK-nın məlumatına görə, o, Böyük Britaniyanı tərk edərək Dohadakı Qatar Investment şirkətində işə düzəlmişdir.
BƏƏ vətəndaşlığını almaq olduqca çətindir. Əcnəbilər üçün standart naturalizasiya ölkədə 30 il davamlı yaşamaq, ərəb dilini bilmək və qüsursuz nüfuz tələb edir. 2021-ci ildən bəri vətəndaşlıq "xüsusi xidmətlər" üçün - investorlar, elm adamları, həkimlər, ixtiraçılar, rəssamlar və bir sıra digər kateqoriyalar üçün mövcuddur. Lakin, müstəqil olaraq ərizə təqdim etmək mümkün deyil: namizədlər federal orqanlar və ya Əmirliklər hökmdarlarının məhkəmələri tərəfindən irəli sürülməlidir.
Xatırladaq ki, Finlandiyada təxminən iyirmi rus qanunsuz vətəndaşlıq sxemlərində iştirak etməkdə şübhəli bilinir. Bundan əlavə, Vanuatu, San-Tome və Prinsip və digər ada dövlətlərində ruslar arasında ikili vətəndaşlıq proqramlarına tələbat kəskin şəkildə artmışdır. Bu pasportlar AB ölkələrinə uzunmüddətli vizalara sadələşdirilmiş giriş imkanı təqdim edir.
VƏLİ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB