"Hörmüz boğazındakı gərginlik dünyada inflyasiyaya səbəb olub"- Ərdoğandan AÇIQLAMA

"Hörmüz boğazındakı gərginlik dünyada inflyasiyaya səbəb olub"- Ərdoğandan AÇIQLAMA

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünya siyasətində baş verən hazırkı durum barədə danışıb. Türkiyə lideri bəyan edib ki, ABŞ və İsrailin İrana qarşı müharibəyə başlaması, hazırda isə Amerika ilə İslam Respublikası arasında Hörmüz boğazında baş verən toqquşmalar və bu su yolunun bağlanması bütün dünyada inflyasiyaya səbəb olub.

SİTAT: "İnflyasiya cəhətdən İran mərkəzli böhranın təsirlərini bütün dünya kimi biz də hiss edirik", - o bildirib və əlavə edib ki, neft qiymətləri dünyada rekord səviyyədə artıb. Hörmüzdəki düyün açılmadıqca neft qiymətləri hər kəsi çətinliyə salacaq kimi görünür. İsrailin təhrikləri ilə başlayan müharibənin bədəlini aidiyyəti olub-olmayan hər kəs ödəməkdədir".

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə