ABŞ Ukraynanın “Starlink”-dən istifadə etməsinə icazə verə bilər

Meqan Mobbs-un fikrincə, ABŞ Rusiya əleyhinə sanksiyaları da gücləndirməlidir
ABŞ Ukraynanın “Starlink”-dən istifadə etməsinə icazə verə bilər

...ABŞ-ın keçmiş xüsusi elçisi Keyt Kelloqun qızı Meqan Mobbs Vaşinqtonu Ukraynanın Rusiyaya qarşı zərbələr endirmək üçün “Starlink” peyk rabitə sistemindən istifadə etməsinə icazə verməyə çağırıb.

SİA-nın əldə etdiyi məlumata görə, o, bunu "Obşçestvennoye" nəşrinə verdiyi müsahibədə bildirib.

...Biz “Starlink”-in Ukraynadakı əməliyyatlar üçün Rusiya ərazisində fəaliyyət göstərməsinə mütləq icazə verə bilərik. Bir metafora var: sadəcə oxları yerə vurmaqdansa, sizə tərəf gələn oxların sayını azaltmaq üçün atıcıya nişan almaq daha yaxşıdır, - deyə o qeyd edib.

Mobbsun sözlərinə görə, ABŞ həmçinin Rusiya əleyhinə sanksiyaları gücləndirməli və Yunanıstan, İspaniya və digər müttəfiqlərin sahib olduğu Patriot hava hücumundan müdafiə raketlərinin Ukraynaya təhvil verilməsini təmin etməlidir. Bundan əlavə,

Kelloqun qızı Ukraynaya hazırkı kəşfiyyat məlumatlarının təmin edilməsi səviyyəsini "minimum olaraq saxlamağın" vacibliyini bildirib.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə