ABŞ və İran arasında qarşılıqlı hücumların yenidən başladığı bir vaxtda yüksək səviyyəli ABŞ rəsmisi prezident Donald Tramp administrasiyasının Vaşinqton və İsrailin İrana qarşı müharibəsində əsas hədəflərdən biri kimi təqdim etdiyi nüvə sazişinin imzalanması ehtimalını azaldıb. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, ABŞ-ın energetika naziri Kris Rayt bazar günü ABC News telekanalına müsahibəsində İranla nüvə sazişinin ümumiyyətlə əldə olunmaya biləcəyini bildirib.
Raytın sözlərinə görə, belə bir razılaşmanın baş tutmaması da mümkündür. O, bununla yanaşı, ABŞ-ın İranın nüvə infrastrukturunun yaradılması və inkişaf etdirilməsi cəhdlərinə qarşı hərbi zərbələr endirmək yolunu seçə biləcəyinə işarə edib.
ABŞ rəsmisinin açıqlamaları Vaşinqtonla Tehran arasında diplomatik razılaşma perspektivləri ilə bağlı qeyri-müəyyənliyin artdığını göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB