İranda yanacaqdaşıyan avtomobil partlayıb - 10 nəfər ölüb - TƏCİLİ

İranda yanacaqdaşıyan avtomobil partlayıb - 10 nəfər ölüb - TƏCİLİ

İranın qərbində yanacaqdaşıyan maşının partlaması nəticəsində 10 nəfər həlak olub. SIA xəbər verir ki, bu barədə İran dövlət televiziya və radio şirkəti məlumat yayıb.

Partlayış Senəndəc şəhərinin girişində yol-nəqliyyat hadisəsisəbəbindən baş verib. Hazırda təcili xidmət əməkdaşları xilasetmə işləri aparır və yanacağın ətrafa yayılmasının nəticələrini aradan qaldırırlar.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə