Ermənistanın Baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Armen Qriqoryanın kitabının təqdimatında şok effekti yaradan bəyanatla çıxış edib. Hökümət rəhbəri, hazırda Ermənistanın ciddi bir inqilaba ehtiyacının olduğunu deyib.
SİTAT: “İnqilabımızla bağlı ən böyük təəssüratım 2018-ci ildə, artıq Baş nazir vəzifəsində olduğum və digər ölkələrin liderləri ilə ünsiyyət qurduğum zaman inkişaf etmiş bir ölkənin uzunmüddətli liderinin "Bilirsiniz, ölkəmizin də belə bir inqilaba ehtiyacı var" deməsi oldu. Və çıxışımı ölkəmizin hələ də inqilaba ehtiyacı olduğunu qeyd etməklə bitirmək istəyirəm”, - deyə Nikol Paşinyan vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB