Nepalda baş verən daşqınlar nəticəsində tuneldə qalan iki nəfər xilas olunub.
SİA yerli mənbələrə istinadən xəbər verir ki, Çindən olan xilasedicilər Nepalda Yuxarı Trişuli Su Elektrik Stansiyasının tunelində qalan iki nəfəri xilas edə biliblər.
Onlar müvafiq qurumlara təhvil verilib.
Bundan əvvəl daha bir şəxs tuneldə tapılıb.
Yerli qurumlar xeyli şəxsin müxtəlif tunellərdə qaldığını güman edir.
Qeyd edək ki, Çinlə sərhəddə yerləşən Nepal ərazilərində daşqınlar nəticəsində 1344 nəfər həlak olub, təxminən 4887 nəfər itkin düşüb, onların arasında 583 xarici vətəndaş da var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB