ABŞ Kastronun nəvəsinə də sanksiya tətbiq etdi

ABŞ Kastronun nəvəsinə də sanksiya tətbiq etdi

ABŞ-ın sanksiya siyahısına Kuba rejimi də daxil edilib. Belə ki, Kubanın keçmiş prezidenti Raul Kastronun nəvəsi Fidel Ernesto Kastro Kalis ABŞ-ın sanksiya siyahısına daxil edilib. Bu barədə ABŞ Dövlət katibi Marko Rubio X sosial şəbəkəsində paylaşım edib.

Bununla yanaşı, Kastro ailəsi ilə əlaqəli olduğu bildirilən “Banco Exterior de Cuba” (Kuba Xarici Bankı) və daha dörd quruma qarşı sanksiyalar tətbiq olunub.

“Prezident Tramp və mən Kubanın azad olacağına dair öhdəliyimizə sadiqik”,- deyə o əlavə edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə