Ermənistandakı "Metsamor" AES yenidən işə düşüb

Ermənistandakı "Metsamor" AES yenidən işə düşüb

"Metsamor" Atom Elektrik Stansiyası (AES) təmir işləri başa çatdıqdan sonra Ermənistanın enerji sisteminə qoşulub. SİA xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan sosial şəbəkədə məlumat verib.

"2026-cı il üçün planlı təmir işləri uğurla başa çatdıqdan sonra sentyabrın 1-də AES-nin ikinci enerji bloku yenidən işə salınaraq Ermənistanın vahid enerji sisteminə qoşulub. Enerji blokunun etibarlılığının, təhlükəsizliyinin və iş səmərəliliyinin artırılmasına yönəlmiş 20-yə yaxın mühüm tədbir həyata keçirilib", - o yazıb.

Onun sözlərinə görə, təmir işləri qrafikə uyğun olaraq 153 gün davam edib.

"Enerji bloku ştat rejimində işləyir, gücün tədricən artırılması müəyyən edilmiş texnoloji tələblərə uyğun olaraq həyata keçirilir", - nazir qeyd edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə