ABŞ-İran müharibəsi Almaniyada benzinin qiymətinin tarixi maksimuma yüksəlməsinə səbəb olub. Alman Avtomobilçilər Klubunun (ADAC) məlumatına əsasən, “Super E10” markalı benzininin bir litrinin ölkə üzrə orta qiyməti ötən gün 2,215 avroya çatıb. Bununla da 2022-ci ilin martında qeydə alınmış əvvəlki rekord (2,203 avro) yenilənib.
Həftəlik müqayisədə də benzin bahalaşıb. “Super E10” markalı benzinin qiyməti əvvəlki həftə ilə müqayisədə 2,8 sent artaraq 2,183 avro olub. Dizelin bir litri isə 2,232 avroya ucuzlaşıb və həftə ərzində 1,6 sent aşağı düşüb.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB