Nepal Baş naziri Balendra Şah ölkədə baş verən dağıdıcı daşqının əsas səbəbinin iqlim dəyişikliyi olduğunu bildirib.
SİA bu barədə xarici KİV-ə istinadən xəbər verir.
“İqlim dəyişikliyi səbəbindən Himalay regionunda temperaturun 1,8 dərəcə yüksəldiyi sübut olunub. Buna görə də fəlakətin məhz bunun nəticəsi olduğuna heç bir şübhə yoxdur. İqlim dəyişikliyi qlobal problemdir və onun yaratdığı fəlakətlərə cavab vermək bütün dünyanın ümumi məsuliyyətidir”, - Şah bildirib.
Avqustun 26-da Nepalın şimalında güclü daşqın baş verib. Təbii fəlakətə səbəb Çinlə sərhəddə qar-daş uçqununun baş verməsi olub. Dağ süxurlarından ibarət axın böyük sürətlə çay yatağı boyunca 70 kilometrdən çox məsafə qət edərək yaxınlıqdakı yaşayış məntəqələrini dağıdıb və geniş ərazinin su altında qalmasına səbəb olub.
Son məlumata görə, fəlakət nəticəsində 1000-dən çox insan həlak olub. Çinin Qironq rayonunda baş verən torpaq sürüşməsi nəticəsində isə ən azı 16 nəfər ölüb, 546 nəfər itkin düşüb.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB