Çin Trampa xəbərdarlıq edib

Çin Trampa xəbərdarlıq edib

“ABŞ-nin Venesuelanın neft ehtiyatlarının bir hissəsi üzərində nəzarəti Çinin maraqlarına riayət olunmasını təmin etməlidir”.

SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo Siakun deyib.

“Çin bununla bağlı müvafiq məlumatı nəzərə alıb. Ölkələr arasında ticari-iqtisadi əməkdaşlıq bərabərlik prinsipləri əsasında, qarşılıqlı maraqlar və qarşılıqlı fayda nəzərə alınmaqla həyata keçirilməlidir”, - o bildirib.

Çinli diplomatın sözlərinə görə, Pekin dövlətlərarası münasibətlərin BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun şəkildə tənzimlənməsinin tərəfdarıdır: “Həmçinin vurğulamaq istərdim ki, Çin və Venesuela arasında əməkdaşlıq beynəlxalq hüquq və hər iki ölkənin qanunvericiliyi ilə qorunur. Çinin Venesueladakı qanuni hüquq və maraqları təmin edilməlidir”.

ABŞ Prezidenti Donald Tramp bundan əvvəl Venesuela ilə bu ölkənin təsdiqlənmiş neft ehtiyatlarının 65 milyard bareldən çoxunun Amerikanın nəzarətinə keçməsini nəzərdə tutan saziş imzalandığını açıqlayıb. Amerika lideri bunu “dünya tarixinin ən böyük neft sövdələşməsi” adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə