Tehranda zəlzələ olub

Tehranda zəlzələ olub

Tehranın şərqində yerləşən Pərdis şəhərində 3,8 maqnitudalı zəlzələ baş verib.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, bu barədə Tehran Universitetinin Seysmoloji Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanların ocağı 8 kilometr dərinlikdə yerləşib.

Zəlzələdən sonra Tehran Qızıl Aypara Cəmiyyəti hazırlıq vəziyyətinə gətirilib.

Tehran Təcili Tibbi Yardım Mərkəzindən isə bildirilib ki, hadisə nəticəsində indiyədək xəsarət alan olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə