Fransada atışma olub. Xarici KİV-lərin yaydığı məlumata görə, Marsel şəhərində atışma nəticəsində ən azı bir nəfər ölüb və dörd nəfər yaralanıb. Bu barədə yerli polisdəki mənbəyə istinadən BFMTV telekanalı məlumat yayıb.
Atışma avqustun 29-dan 30-na keçən gecə baş verib. İlkin məlumatlara görə, münaqişənin səbəbi narkotik ticarəti ola bilər.
20 yaşlı kişi ölüb. Yaşları 18-dən 23-dək olan daha üç kişi ağır odlu silah yaraları ilə xəstəxanaya yerləşdirilib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB