Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 31 avqust-1 sentyabr tarixlərində Qırğızıstanın paytaxtı Bişkekdə səfərdə olacaq.
Bu barədə Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanettin Duran "X" sosial şəbəkə hesabında paylaşım edib.
"Rəcəb Tayyib Ərdoğan Qırğız Respublikasının Prezidenti Sadır Japarovun dəvətini qəbul edərək, Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında iştirak etmək üçün 31 avqust - 1 sentyabr 2026-cı il tarixlərində Bişkekə səfər edəcək", - o yazıb.
Səfər çərçivəsində Ərdoğanın çıxışı və liderlərlə ikitərəfli görüşləri nəzərdə tutulub.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB