ABŞ Məxfi Xidməti İran mediası tərəfindən yayılan və ABŞ Prezidenti Donald Trampın kiçik oğlu Berrona qarşı təhdidlərin yer aldığı videosüjeti araşdırdığını bəyan edib. Bu barədə jurnalistlərə Məxfi Xidmətin nümayəndəsi Neyt Herrinq bildirib.
SİTAT: "ABŞ Məxfi Xidməti bu videodan xəbərdardır və bizim mühafizəmiz altında olan şəxslərə qarşı təhdid kimi qiymətləndirilə biləcək hər şeyi araşdırır", - o bildirib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB