İran Trampın oğlunu ölümlə təhdid edir?

26 Avqust 2026 05:04 (UTC+04:00)

ABŞ Məxfi Xidməti İran mediası tərəfindən yayılan və ABŞ Prezidenti Donald Trampın kiçik oğlu Berrona qarşı təhdidlərin yer aldığı videosüjeti araşdırdığını bəyan edib. Bu barədə jurnalistlərə Məxfi Xidmətin nümayəndəsi Neyt Herrinq bildirib.

SİTAT: "ABŞ Məxfi Xidməti bu videodan xəbərdardır və bizim mühafizəmiz altında olan şəxslərə qarşı təhdid kimi qiymətləndirilə biləcək hər şeyi araşdırır", - o bildirib.

Mətləb