İran Məclisinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsi Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi tədbirləri haqqında qanun layihəsinin gəmilərdən keçid zamanı rüsum tutulmasını nəzərdə tutan maddəsini təsdiqləyib. Bu barədə "Al Mayadeen" telekanalı məlumat yayıb.
Məlumata görə, parlament komitəsi "Hörmüz boğazında təhlükəsizliyin təmin edilməsi üzrə strateji tədbirlər" qanun layihəsinin boğazdan keçid zamanı rüsumlarla bağlı 3-cü maddəsinin mətnini təsdiqləyib.
Bildirilir ki, həmin maddəyə əsasən, İran hakimiyyəti tərəfindən Hörmüz boğazından tranzitinə icazə verilən ölkələrin gəmiləri göstərilən xidmətlərə görə rüsum ödəyəcəklər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB