"Bu biabırçılıqdır" - Tokayevdən qucaqlaşan kişilərə sərt etiraz

"Bu biabırçılıqdır" - Tokayevdən qucaqlaşan kişilərə sərt etiraz

Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev kişilərin qucaqlaşmasını sərt tənqid edərək, bunu ölkənin adət-ənənələrinə zidd olduğunu bildirib. Lenta.ru-nun məlumatında deyilir ki, o, bu barədə jurnalistlərlə görüşündə deyib. Tokayev gənclər arasında qucaqlaşma ənənəsinə işarə edərək, Qazaxıstan xalqının əcdadlarının adət-ənənələrinə qayıtmalı olduğunu vurğulayıb.

SİTAT: "Bu, heç vaxt adət-ənənələrimizin bir hissəsi olmayıb. Xüsusilə də hərbi forma geyinmiş insanlar arasında... Generallar bir-birini qucaqlamağa başlayıb. Bu nədir?", - deyə siyasətçi qeyd edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə