İran neft tankerinin Hörmüz boğazından keçməsinə icazə verib

İran neft tankerinin Hörmüz boğazından keçməsinə icazə verib

İran İraqın bir sıra neft tankerinin Hörmüz boğazından keçməsinə icazə verib.

SİA xarici mediaya istinadən xəbər verir ki, müvafiq icazə İraqın müxtəlif diplomatik kanallar vasitəsilə etdiyi müraciətlərdən sonra verilib.

Qeyd olunur ki, İraqın neft tankerlərinin boğazdan keçidinə icazə verilməsi İran parlamentinin sədri Məhəmməd Baqer Qalibafın İraqa səfəri zamanı Bağdadın irəli sürdüyü əsas tələblərdən biri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə