İsveçdə İNSİDENT - silahlı şəxs məktəbə hücum edib

İsveçdə İNSİDENT - silahlı şəxs məktəbə hücum edib

İsveçdə silahlı insident baş verib. Belə ki, Vestmanland əyalətində maçete ilə silahlanmış şəxs məktəbə daxil olaraq bir neçə nəfərə xəsarət yetirib. SVT telekanalının xəbərinə görə, insidentin baş verdiyi əraziyə dərhal hüquq-mühafizə orqanlarının əməkdaşları və xilasedicilər çağırılıblar.

Məlumata əsasən, hücum edən şəxs asayiş keşikçiləri tərəfindən yaxalanıb. "Bölgədə müvafiq tədbirlər davam edir, indiki məqamda əlavə heç nə deyə bilmərik", - yerli polisdən bildirilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə