Yaponiyada 5 nəfərin ölümünə bais olan şəxs edam edilib

Yaponiyada 5 nəfərin ölümünə bais olan şəxs edam edilib

Yaponiyada Baş nazir Sanae Takaiçinin hakimiyyətə gəlməsindən bəri avqustun 21-də ilk dəfə ölüm hökmü icra edilib. Bu barədə Yaponiyanın ədliyyə naziri Hirosi Hiraquti bildirib.

Edam edilən 58 yaşlı Sunao Takami 2009-cu ildə Osakada oyun avtomatları zalını yandırmaqla qətl törətdiyi üçün tutulmuşdu. Takami 2025-ci ilin iyunundan bəri Yaponiyada edam edilən ilk şəxs olub.

Takami obyektin döşəməsinə benzin tökərək oranı yandırıb. Nəticədə 5 nəfər ölüb, 10 nəfər isə yaralanıb. Ölüm hökmü 2016-cı ildə yekun olaraq təsdiqlənmişdi.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə