Şimali Koreya Rusiyaya daha 8500 nəfərlik hərbi qüvvə göndərib.
SİA-nın əldə etdiyi məlumata görə, CNN xəbər verir ki, bu barədə ukraynalı kəşfiyyat rəsmisi məlumat verib.
Onun sözlərinə görə, bu hərbçilərdən 400 nəfəri dron operatorudur.
Qeyd edək ki, iki il əvvəl Rusiya və Şimali Koreya arasında hərbi sahədə qarşılıqlı müdafiə razılaşması imzalanıb. Razılaşma çərçivəsində ölkələr hərbi yardım məqsədilə bir-birinin ərazisinə hərbi qüvvə göndərə bilər.
Rusiya rəsmiləri bir sıra bəyanatlarında Şimali Koreyadan olan hərbçilərin Rusiya ordusunun tərkibində Ukraynaya qarşı döyüşdüyünü etiraf ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB