Türkiyənin Mardin vilayətinin Midyat rayonunda 27 yaşlı, 4 uşaq anası Bedriyə Naz 5-ci mərtəbədəki mənzilin balkonundan yıxılaraq həyatını itirib. Hadisə ilə bağlı onun həyat yoldaşı Levent Naz həbs edilib.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, hadisə avqustun 11-də Bağlar məhəlləsində yerləşən yaşayış kompleksində baş verib. Bedriyə Naz hələlik müəyyən edilməyən səbəbdən mənzilin balkonundan düşüb. Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları göndərilib.
Həkimlər 27 yaşlı qadının hadisə yerində öldüyünü müəyyən ediblər. Onun meyiti ekspertiza üçün xəstəxananın morquna aparılıb. Ekspertizadan sonra Bedriyə Naz ailə məzarlığında dəfn edilib.
İstintaq çərçivəsində hadisədən əvvəl ər-arvadın mübahisə etdiyi iddiası ilə Levent Naz saxlanılıb. 32 yaşlı kişi ifadəsi alındıqdan sonra həbs olunması tələbi ilə məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə Levent Naz barəsində həbs qətimkan tədbiri seçilib və o, cəzaçəkmə müəssisəsinə göndərilib.
Ailənin vəkili Bedriyə Nazın həyat yoldaşı tərəfindən balkondan atıldığını iddia edib. Mərhumun bacısı Filiz Dilekçi isə “Gənc bacımı öldürdülər. Ədalət istəyirik” deyib.
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB