Diyarbəkirdə silahlı insident: 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Diyarbəkirdə silahlı insident: 2 nəfər ölüb, 5 nəfər yaralanıb

Türkiyənin Diyarbəkir şəhərinin Sur rayonunda baş verən silahlı insident nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb. Yaralılardan 2-nin vəziyyətinin ağır olduğu bildirilir.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, On Gözlü Körpü ərazisində gecə saatlarında iki qrup arasında hələlik səbəbi məlum olmayan mübahisə silahlı davaya çevrilib.

Hadisə yerinə 112 Təcili Tibbi Yardım və polis əməkdaşları cəlb olunub.

Tibbi briqadaların müayinəsi zamanı bir nəfərin hadisə yerində öldüyü müəyyən edilib.

İnsident zamanı 6 nəfər yaralanıb, onlardan 3-nün vəziyyəti ağır olub.

Yaralılar təcili tibbi yardım avtomobilləri ilə şəhərdəki xəstəxanalara çatdırılıb. Yaralılardan biri həkimlərin müdaxiləsinə baxmayaraq həyatını itirib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə