İsrail Qəzzanı bombalayıb - 9 ölü, 15 yaralı var

İsrail Qəzzanı bombalayıb - 9 ölü, 15 yaralı var

İsrailin Qəzzada polis bölməsinə endirdiyi hava hücumu nəticəsində doqquz fələstinli ölüb, daha 15 nəfər yaralanıb. Bu barədə "Reuters" polis və tibb xidmətinə istinadən xəbər verib.

Məlumata görə, bələdiyyə polisinin qərargahına edilən hücumda həlak olanlar arasında səkkiz yüksək vəzifəli zabit, eləcə də hücum zamanı yaxınlıqda olan 13 yaşlı qız da var.

Çərşənbə günü İsrailin başqa hava hücumu nəticəsində Qəzzanın mərkəzindəki Nüseyrat qaçqın düşərgəsində bir nəfər həlak olub.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə