Portuqaliya Prezidenti Antoniu Joze Sequru ultras sağçı qüvvələrin təşəbbüsü ilə hazırlanan və ictimai yerlərdə üzün örtülməsini qadağan edən qanunu imzalayıb. "Euractiv" nəşrinin yazdığına görə, sənəd sağçı hakim koalisiya və ultras sağçıların dəstəyi ilə təsdiqlənib, solçu partiyalar isə əleyhinə səs veriblər. Bu tədbir çadra taxan müsəlman qadınları hədəf alan addım kimi qiymətləndirilir.
Qanun ictimai yerlərdə üzü gizlətmək üçün nəzərdə tutulmuş və ya şəxsiyyətin müəyyən edilməsinə mane olan geyimlərin geyinilməsini, həmçinin hər hansı şəxsi cinsi, dini, yaşı və ya mənşəyi ilə bağlı səbəblərdən üzünü örtməyə məcbur etməyi qadağan edir. Qanunvericiliyi pozanları 150 avrodan 3 000 avroyadək cərimə gözləyir.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB