Paşinyan ordudakı intiharlarla bağlı işçi qrupu yaratdı

Paşinyan ordudakı intiharlarla bağlı işçi qrupu yaratdı

Ermənistan ordusunda intihar və nizam-intizam problemlərinin qarşısını almaq üçün işçi qrupu yaradılıb. SİA xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan qərar qəbul edib.

İşçi qrupunun tərkibinə əsas güc və dövlət strukturlarının rəhbərləri və nümayəndələri daxil edilib.

Qeyd edək ki, son illər Ermənistan ordusunda hərbçilər arasında intihar halları xeyli artıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə