Kreml: Rusiyanın Ukraynaya qarşı müharibəni bitirmək niyyəti yoxdur

Rusiya təmas xətti boyunca müharibənin “dondurulması” ehtimalını istisna edir...
Kreml: Rusiyanın Ukraynaya qarşı müharibəni bitirmək niyyəti yoxdur

...Kreml iddia edir ki, Rusiya təmas xətti boyunca Ukraynaya qarşı müharibəni “dondurmaq” ehtimalını istisna edir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Putinin köməkçisi Yuri Uşakov Rusiyanın “İnterfaks” xəbər agentliyinə istinadən bildirib.

Rusiya hazırkı təmas xətti boyunca hərbi əməliyyatlara son qoymaqda maraqlı deyil. Uşakov xarici ölkələrin təmas xətti boyunca Rusiya-Ukrayna müharibəsini dondurmaq təklifləri ilə bağlı suala cavab olaraq bildirib ki, "Siz bizim mövqeyimizi bilirsiniz; bu, istisna edir".

Putin administrasiyası həmçinin Rusiya və ABŞ-ın Amerika mediasında bildirildiyi kimi, həqiqətən də "sakit diplomatiya" aparıb-aparmadığı sualına da cavab verib.

Uşakov deyib ki, "Diplomatiya, bir qayda olaraq, həmişə sakit şəkildə aparılır. Əgər bir şey haqqında ucadan danışılırsa, deməli, bu artıq diplomatiya deyil; görünür, bu, açıq bəyanatlardır".

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə