“Atəşkəs” Qəzzada qanlı şəkildə davam edir: hər 80 dəqiqədə bir itki

“Atəşkəs” Qəzzada qanlı şəkildə davam edir: hər 80 dəqiqədə bir itki

Sərhədsiz Həkimlər Təşkilatının (MSF) Qəzza Fövqəladə Hallar Əməliyyatları Bölməsinin rəhbəri Ozan Ağbaş bildirib ki, İsrailin hücumlarının davam etdiyi Qəzzada 10 oktyabr 2025-ci ildən sonra demək olar ki, hər 80 dəqiqədə bir fələstinli öldürülüb və ya yaralanıb.

Bu barədə SİA xarici KİV-ə istinadən xəbər verir.

Ağbaş Qəzzada İsrail hücumlarının davam etdiyini qeyd edərək, may ayında 119 olaraq açıqlanan ölənlərin sayının iyunda 121-ə, iyulda isə 152-yə yüksəldiyini bildirib.

Ozan Ağbaş atəşkəsə baxmayaraq hücum və blokadanın davam etdiyi Qəzzadakı vəziyyətlə bağlı Anadolu Agentliyinin suallarını cavablandırıb.

O, Qəzzada ümumi vəziyyətin atəşkəsə baxmayaraq yaxşı olmadığını və yaxşılığa doğru dəyişmədiyini bildirib:

“Rəqəmlərə baxsaq, xüsusilə atəşkəs dövründə vəziyyətin necə olduğunu görmək mümkündür. Sözün əsl mənasında atəşkəs deyək, çünki bunun tam olaraq atəşkəs funksiyasını yerinə yetirmədiyi bəllidir. Sözdə atəşkəs 10 oktyabr 2025-ci ildə elan edildi”.

Ağbaş bildirib ki, atəşkəsdən sonra Səhiyyə Nazirliyinin açıqladığı məlumatlara əsasən, hava zərbələri, bombardmanlar və dron hücumları nəticəsində 1250-dən çox fələstinli öldürülüb, 3900-ə yaxın insan isə yaralanıb.

Onun sözlərinə görə, bu, atəşkəsin qüvvədə olduğu 9 ay ərzində demək olar ki, hər 80 dəqiqədə bir fələstinlinin öldürülməsi və ya yaralanması deməkdir.

“Dünyanın heç bir başqa müharibə kontekstində bu, atəşkəs kimi qəbul edilməz. Bu, aktiv münaqişə kimi qiymətləndirilər”, – deyə Ağbaş vurğulayıb.

Ağbaş bu səbəbdən Qəzzadakı vəziyyəti sözdə atəşkəs” kimi dəyərləndirdiklərini bildirib.

Ayşən Vəli

Bütün xəbərlər Facebook səhifəmizdə