İndoneziyada baş verən güclü zəlzələ nəticəsində 47 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.
SİA-nın əldə etdiyi məlumata görə, təbii fəlakət nəticəsində 157 ev, 18 xəstəxana, 5 məktəb və 6 dövlət binasına ciddi ziyan dəyib. Təxminən 2 min nəfər təhlükəli ərazidən təxliyə olunub. Dağıntılar altında insanların qala biləcəyi bildirilir.
Maqnitudası 7,7 olan zəlzələ ölkənin şərqində yerləşən Flores adasında baş verib. Zəlzələdən sonra bölgədə 110-dan çox afterşok qeydə alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB