İndoneziyada zəlzələ nəticəsində ölənlərin sayı 47-yə çatıb

15 Avqust 2026 20:57 (UTC+04:00)

İndoneziyada baş verən güclü zəlzələ nəticəsində 47 nəfər ölüb, iki nəfər ağır xəsarət alıb.

SİA-nın əldə etdiyi məlumata görə, təbii fəlakət nəticəsində 157 ev, 18 xəstəxana, 5 məktəb və 6 dövlət binasına ciddi ziyan dəyib. Təxminən 2 min nəfər təhlükəli ərazidən təxliyə olunub. Dağıntılar altında insanların qala biləcəyi bildirilir.

Maqnitudası 7,7 olan zəlzələ ölkənin şərqində yerləşən Flores adasında baş verib. Zəlzələdən sonra bölgədə 110-dan çox afterşok qeydə alınıb.