TİME: ABŞ Fars körfəzindən imtina edə bilməz...

Region qlobal investisiya və texnoloji əməkdaşlıq üçün əsas mərkəzə çevrilib...

...ABŞ, regional qeyri-sabitliyin artmasına və İranla münaqişənin nəticələrinə baxmayaraq, Körfəz iqtisadiyyatlarından uzaqlaşa bilməz.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TİME yazır.

Son bir ildə Körfəz ölkələri regional vəziyyətdə kəskin dalğalanmalarla üzləşiblər.

ABŞ Prezidentinin 2025-ci il səfəri fonunda texnologiya və iqtisadiyyat sahəsində əməkdaşlığın dərinləşməsi ilə yanaşı, trilyonlarla dollar dəyərində irimiqyaslı investisiya müqavilələri, eləcə də qarşılıqlı investisiya planları elan edildi.

Lakin İranla münaqişənin sonrakı eskalasiyası vəziyyəti dəyişdirdi.

Hərbi əməliyyatlar regionun infrastrukturuna hücumlara və qlobal neft-qaz ticarətinin əhəmiyyətli bir hissəsinin keçdiyi strateji əhəmiyyətli Hörmüz boğazının müvəqqəti bağlanmasına səbəb oldu.

Ekspertlər qeyd edirlər ki, Körfəz iqtisadiyyatlarına zərbə dəysə də, onların fundamental transformasiya planları pozulmayıb. Bu, texnologiya, turizm, təhsil və beynəlxalq investisiyaların inkişafı ilə xammal asılılığından şaxələndirilmiş iqtisadiyyatlara keçidi əhatə edir.

ABŞ öz növbəsində regionu qlobal investisiya və texnoloji əməkdaşlıq üçün əsas mərkəz kimi saxlamaqda maraqlıdır. Amerika şirkətləri Körfəzi süni intellekt, enerji və infrastruktur sahəsində mühüm bazar kimi görməyə davam edirlər.

Hörmüz boğazında sabitliyin qlobal iqtisadiyyat üçün strateji əhəmiyyəti xüsusilə vurğulanır. Onun təhlükəsizliyi qlobal ticarətin vacib elementi kimi qəbul edilir.

Böhranlara baxmayaraq, Fars körfəzi ölkələri ABŞ üçün vacib tərəfdaş olaraq qalır və onların iqtisadi transformasiyası Vaşinqtonun regional siyasətinin əsas diqqət mərkəzindədir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə