İtaliya və Ukrayna birgə PUA istehsal edəcək? - AÇIQLAMA

İtaliyanın Baş naziri Ciorcia Meloni Romada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü zamanı bəyan edib ki, iki ölkə birgə PUA texnologiyalarının istehsalına başlaya bilərlər.

Onun sözlərinə görə, tərəflər müdafiə sahəsində əməkdaşlığın dərinləşdirilməsini müzakirə ediblər. Ukraynanın bu sahədəki təcrübəsi nəzərə alınmaqla, xüsusi diqqət birgə istehsalın, ilk növbədə pilotsuz sistemlərin inkişafına yönəldilib.

Baş nazir ayrıca olaraq, enerji avadanlıqlarının tədarükü və tibbi yardım da daxil olmaqla, Ukraynaya kompleks dəstəyin davam etdiriləcəyini təsdiqləyib.

V. Zelenski isə öz növbəsində dəstəyə görə İtaliyaya təşəkkür edib və hava hücumundan müdafiə və pilotsuz texnologiyalar sahəsində layihələr də daxil olmaqla, müdafiə əməkdaşlığının genişləndirilməsi perspektivlərini qeyd edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə