Suriyada yenə qan töküldü - 9 ölü, 55 yaralı var

Hələbdə "Suriya Demokratik Qüvvələri"nin (SDQ) silahlı birləşmələri tərəfindən yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində 9 nəfər ölüb və 55 sakin yaralanıb. Bu barədə "SANA" məlumat yayıb. Zərərçəkənlərə lazımi tibbi yardım göstərilib.
Qeyd edək ki, Hələbdə SDQ ilə Suriya ordusu arasında toqquşmalar davam edir. Suriya ordusu SDQ-nin mövqelərinə qarşı məqsədyönlü hərbi əməliyyatların başladığını elan edib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə