Süni intellekti inkişaf etdirmək üçün bir milyon hindli işə götürüləcək...

Ümumi investisiya 35 milyard dollara çatacaq…

...Amerikalı pərakəndə satış şirkəti Amazon 2030-cu ilə qədər Hindistan iqtisadiyyatına genişmiqyaslı investisiyalar planlarını açıqladı.

SİA xəbər verir ki, bu barədə şirkətin veb saytında məlumat verilib. Ümumi investisiya 35 milyard dollara çatacaq. Əsas məqsədlər süni intellekt ilə dəstəklənən rəqəmsallaşdırma, ixracın artması və iş yerlərinin yaradılması kimi müəyyən edilib.

Amazon hazırda Hindistanda əvvəlki investisiyalar vasitəsilə yaradılan iş yerlərinin sayını müxtəlif sahələrdə birbaşa, dolayı, köməkçi və mövsümi iş yerləri də daxil olmaqla 2,8 milyon olaraq qiymətləndirir.

Şirkət beş il ərzində daha bir milyon əlavə etməyi planlaşdırır. Pərakəndə satış şirkəti tələbələr, sahibkarlar və müştərilər tərəfindən süni intellektin istifadəsini genişləndirməyi və dörd milyon dövlət məktəbi şagirdinə süni intellekt təlim imkanları təmin etməyi vəd edir.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə