Rusiyalı iqtisadçı Putinin nəyi gizlətdiyini açıqladı...

2026-cı ildə tam tənəzzül olacaq! Büdcə artıq öhdəsindən gələ bilmir...

...Rus iqtisadçı Oleq Suxarev “Komsomolskaya Pravda” təbliğat radiostansiyasının canlı efirində açıq etiraf edib. O, rusiyalıları ölkə iqtisadiyyatının tənəzzüldən yarım addım uzaqda olduğu barədə xəbərdarlığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə Dialog xəbər verir.

...İqtisadi vəziyyət çox ağırdır. Və nədənsə, onlar bunu gizlədirlər... Görünür, əhalini qızışdırmamaq və laqeydliyə səbəb olmamaq üçün. Siyasi və psixoloji motivlər var, - deyə Suxarev izah edib.

O, rəsmi hesabatlardan konkret rəqəmlər gətirdi: son bir ildə ayrı-ayrı sənaye sahələri məhsullarının 10-20 faizini itirib. Metallurgiya, kənd təsərrüfatı maşınqayırması və ümumi mühəndislik xüsusilə ağır zərbə alıb.

...Hətta 2025-ci ilin sentyabr ayında 2024-cü ilin sentyabr ayı ilə müqayisədə əhəmiyyətli dərəcədə azalma müşahidə edirik: bəzi sənaye sahələrində mənfi 10, 15 və hətta mənfi 20 faiz, - deyə ekspert vurğulayıb.

O, vəziyyətin 2026-cı ildə daha da pisləşəcəyi barədə xəbərdarlıq edib.

...2026-cı ildə tam tənəzzül olacaq! Büdcə artıq öhdəsindən gələ bilmir, - Suxarev xəbərdarlıq etdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə