Ukrayna, Böyük Britaniyanın rəhbərlik etdiyi Skandinaviya və Baltikyanı ölkələrindən ibarət hərbi koalisiya olan Birgə Ekspedisiya Qüvvələrində (JEF) tərəfdaş statusu alıb.
SİA xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat verib.
...Ukrayna ən qətiyyətli Avropa müttəfiqlərinə güvənə bilər və bu on ölkə Ukraynanı lazım olduğu qədər dəstəkləyəcəyimizi nümayiş etdirir, - deyə Böyük Britaniyanın müdafiə naziri Con Heyli bildirib.
Sazişin imzalanması Norveçin Bodo şəhərində Ukraynanın müdafiə naziri və keçmiş baş nazir Denis Şmiqalın da qatıldığı koalisiya müdafiə nazirlərinin görüşü zamanı baş tutub.
Daha əvvəl türkiyəli siyasi analitik və yazıçı Umur Tuqay Yücel bildirib ki, ABŞ Kiyevə dəstəyini dayandırsa belə, Ukraynadakı münaqişə bitməyəcək.
...ABŞ bütün yardımları dayandırdığını elan etsə belə, müharibə mütləq bitməyəcək. Əksər Avropa liderləri münaqişənin davam etdirilməsində maraqlıdır, - deyə o bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB