...ABŞ prezidenti Donald Tramp Rusiyanın hücumu halında Finlandiyanı müdafiə etməyə hazır olduğunu bəyan edib. O, həmçinin hesab edir ki, İspaniya bəlkə də NATO-dan çıxarılmalıdır.
SİA xəbər verir ki, bu barədə RBC-Ukrayna Ağ Evin yayımına istinadən məlumat yayıb.
Qeyd edək ki, Donald Tramp bu gün Finlandiya prezidenti Aleksandr Stubb ilə görüşüb və onlar mətbuata birgə çıxış ediblər.
Görüş zamanı Trampdan “Rusiya və Putin”in Finlandiyaya hücum edəcəyi təqdirdə onu müdafiə etməyə hazır olub-olmayacağı soruşulub.
O cavab verib ki, “Bəli, olardım. Onlar NATO-nun üzvləridir. Onları müdafiə edərdim. Onlar gözəldir. Amma bunun baş verəcəyini düşünmürəm. Kremlin bunu edəcəyini düşünmürəm. Şanslar çox zəifdir... Çünki sizin ordunuz ölkəniz üçün böyükdür. Sizin ən güclü ordunuz var, biz mütləq orada ən güclü dövlətə sahib olacağıq...”
Görüş zamanı ABŞ prezidenti İspaniyaya da münasibət bildirib. Xüsusilə, o, ölkənin aşağı hərbi xərclərinə görə NATO-dan çıxarılmasının mümkünlüyünü istisna etmir. …Bizim bir geridə qalanımız var idi. Bu, İspaniyadır... Onları çağırıb niyə geridə qaldıqlarını öyrənməliyik. Onlar da yaxşı gedirlər, bilirsən. Etdiyimiz bir çox şeylər sayəsində onlar yaxşı işləyirlər... Açığı, bəlkə siz onları NATO-dan çıxarmalısınız.
ABŞ prezidenti bildirib bunu.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə