Proxanov Putin və Priqojin haqqında kitab yazıb, amma…

...kitab qadağan edildi

...Rus yazıçısı və təbliğatçısı Aleksandr Proxanov bu yaxınlarda “Lemner” adlı yeni romanını işıq üzü görüb. Romanın əsas personajı “Vaqner” PMC-nin yaradıcısı Yevgeni Priqojin üzərində qurulub.

SİA-nın məlumatına görə, “The Moscow Times” yazır ki, onun Rusiyada yayılması faktiki olaraq qadağan edilib. ...Deməli, romanın ən diqqətəlayiq hissələri Vladimir Putini xatırladan Leonid Leonidoviç Troyevidov obrazına son dərəcə ekssentrik və qalmaqallı cizgilərin verildiyi yerlərdir. Düşmənlərinin cəsədlərini kabinetində saxlayır və bakirə qızların qanı ilə ziyafət verir.

…Ayda bir dəfə Leonid Troyevidov özünü cavanlaşdırır, qanını tamamilə dəyişirməklə...

Pekindən ona çəhrayı zəlilərlə doldurulmuş çini vaza göndərilib. Bu zəlilər Çin bakirələrinin qanı ilə doyub.

Zəlilər onun bədəninə yapışır, yorğun qanını içir və öz növbəsində ona bakirə təravət bəxş edirdi. Çəhrayı zəlilərin dişləmələri öpüşlər kimi yumşaq idi, - deyə Proxanov Rusiya liderinin xüsusiyyətlərini təsvir edib.

…Qeyd edək ki, oktyabrın 2-də kitab qəfildən Çitai-Qorod internet mağazasının kataloqundan yoxa çıxıb və Ozon bazarı kağız üzlü nüsxələrin artıq satıldığını bildirilib.

Bu arada romanın sentyabrın 29-da Moskva Kitablar Evində keçirilməsi nəzərdə tutulan təqdimatı da ləğv edilib.

Proxanov özü vəziyyətə cavab verərək, təqdimatın "qorxmuş sahiblər" tərəfindən ləğv edildiyini iddia edib.

Hətta bununla bağlı paylaşım etsə də, tezliklə silib.

Daha sonra Moskva Kitablar Evinin Teleqram kanalı izah edib ki, tədbir guya təhlükəsizlik səbəbi ilə - müəllifə və oxuculara qarşı mümkün təxribatların və ya hücumların qarşısını almaq üçün ləğv edilib.

Ədəbiyyatşünas Qalina Yuzefoviç qeyd edib ki, vəziyyət üzə çıxır: hətta Proxanov kimi ona bu cür mövzularda sərbəst fikir bildirmək icazəsi verildiyinə inanan yazıçı da məhdudiyyətlərlə üzləşirdi.

Senzura gəmisi, deyirlər, hamı üçün eynidir..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə